...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı (4-8 dekabr)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 15:25 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi, Azərbaycan Milli Bankının müəyyən etdiyi kimi, 0,0001 bənd (0,01%) möhkəmlənib. Ötən həftə 1 ABŞ dollarına görə orta məzənnə 0,87226 manat səviyyəsində müəyyən olunub.

Trend xəbər verir ki, ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi noyabrın 4-ü, 5-i və 7-si (1 ABŞ dollarına görə 0,8723 manat), minimal məzənnə isə noyabrın 6-ı və dekabrın 8-də (1 ABŞ dollarına görə 0,8722 manat) müəyyənləşdirilib.

ABŞ dollarına nisbətən manatın rəsmi məzənnəsi

dollarına nisbətən manatın rəsmi məzənnəsi

27 noyabr

0,8723

4 dekabr

0,8723

28 noyabr

0,8723

5 dekabr

0,8723

29 noyabr

0,8724

6 dekabr

0,8722

30 noyabr

0,8724

7 dekabr

0,8723

1 dekabr

0,8723

8 dekabr

0,8722

Həftə ərzində orta

0,87234

Həftə ərzində orta

0,87226

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən birja məzənnəsi, Bakı Banklararası valyuta birjasındakı hərraclar nəticəsində müəyyən olunduğu kimi, 0,0001 bənd (0,01%) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına nisbətən 0,87226 manat səviyyəsində müəyyənləşdirilib.

Ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi dekabrın 4-də, 5-də və 7-də (1 ABŞ dollarına görə 0,8723 manat), minimal məzənnə isə -dekabrın 6-da və 8-də (1 ABŞ dollarına görə 0,8722 manat) müəyyənləşdirilib.

Dekabrın 4-də BEST-də $5,521 mln. (orta mübadilə məzənnəsi - 0,8723 AZN/USD), dekabrın 5-də - $12,212 mln. (məzənnə - 0,8723 AZN/USD), dekabrın 6-da $11,207 mln. (məzənnə - 0,8722 AZN/USD), dekabrın 7-də - $5,505 mln. (məzənnə - 0,8723 AZN/USD) və dekabrın 8-də $4,9 mln. (məzənnə - 0,8722 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

27 noyabr

0,8723

4 dekabr

0,8723

28 noyabr

0,8718

5 dekabr

0,8723

29 noyabr

0,8716

6 dekabr

0,8722

30 noyabr

0,8716

7 dekabr

0,8723

1 dekabr

0,8723

8 dekabr

0,8722

Həftə ərzində orta

0,87192

Həftə ərzində orta

0,87226

Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti sabit olub. Ötən həftə özəlləşdirmə çekinin qiyməti 82 min köhnə manat (16,4 AZN) səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti