...

Azərbaycan dəmir yolunun başçısı Türkiyədə danışıqlar aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 15:40 (UTC +04:00)

Dekabrın 14-15-də Azərbaycan dövlət dəmir yolunun rəisi Arif Əsgərov Türkiyədə dəmir yolu yaradılmasının 150 illik təntənəli yubiley mərasimində iştirak edəcək. Trend xəbər verir ki, bu barədə respublika dəmir yolundan bildiriblər.

Bu səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan dəmir yolundan bildiriblər ki, Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolunun açılması layihəsinin reallaşdırılması məsələsi ilə bağlı da danışıqlar aparılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti