...

Azərbaycanda kartof yığımı tələbatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 17:49 (UTC +04:00)

2006-cı ilin dekabrının yekunlara görə, Azərbaycanda kartof yığımı 66731 hektar əkin sahəsindən 957,6 min ton təşkil edib. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən xəbərə görə, bu 2005-ci ilin göstəricilərinə nisbətdə 125 ton azdır. Ötən il Azərbaycanda kartof istehsalının ümumi göstəricisi 1 mln tondan çox təşkil edirdi.

Nazirlikdən qeyd ediblər ki, istehsal səviyyəsinin düşməsinə baxmayaraq, əldə olunan məhsul ölkənin tələbatlarını artıqlaması ilə ödəyir. Bu dövr ərzində tərəvəz yığımı 1139,5 mln ton təşkil edib. Baxça bitkiləri istehsalının göstəricisi 27 mindən çox hektar sahədən 335 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti