...

Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi 2006-cı ildə 700 icarədarla əlaqədar məhkəməyə müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 19:30 (UTC +04:00)

2006-cı ilin 11 ayı ərzində dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi daşınmaz əmlakın icarəsindən gövlət büdcəsinə 2,6 mln. manat verib ki, bu da proqnoz göstəricilərindən 10% artıqdır. Dövlət Komitəsinə istinadən Trend in verdiyi xəbərə görə, hesabat dövrü ərzində 1700 icarə müqaviləsi bağlanıb.

Bu il 70-ə yaxın torpaq sahəsi xüsusi özəlləşdirmə müəssisələrinə və obyektlərə icarəyə verilib. 1500-ə qədər icarəçiyə icarə ödəmələrindəki borclarla bağlı xəbərdarlıq məktubları göndərilib. Bundan əlavə, bəzi icarəçilər tərəfindən icarə müqavilələrinin şərtlərinin pozulması ilə bağlı ölçülər müəyyənləşdirilib. 2006-cı ildə icarə vəzifələrinin yerinə yetirilməməsinə görə məhkəmə instansiyalarında 700-ə yaxın icarədara iddia irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti