...

Azərbaycanda "quş qripi"ilə bağlı xəbərdarlıq haqda növbəti monitorinqin tarixi müəyyənləşdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 19:51 (UTC +04:00)

Azərbaycanda "quş qripi" ilə bağlı xəbərdarlıq haqda növbəti monitorinqin tarixi müəyyənləşib. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinə istinadın Trend in verdiyi xəbərə görə, monitorinqlər dekabrın 25-dən 31-dək keçiriləcək.

Monitorinqlər xüsusi komissiya tərəfindən həyata keçirilir ki, onun tərkibinə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Zoologiya institutunun və Ovçular Cəmiyyətinin mütəxəssisləri daxildir.

Monitorinqlər köçəri quşların müvəqqəti yaşadığı ehtimal edilən yerlərdə - Abşeron yarımadasında, Pirallahı adasında, Dəvəçidə, Salyanda, Ağcabədidə və Lənkəranda, Milli parkda, Xəzər qoruq zolağında keçiriləcək.

Bundan əlavə Dövlət Xidmətindən bildiriblər ki, dekabrın 8-dən 10-dək Azərbaycanın bölgələrində Baytarlıq Xidmətinin direktor müavini Emin Şahbazov başda olmaqla xidmət mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilib. Bu tədbirlərin gedişində "quş qripi"nin hər hansı bir virusu aşkarlanmayıb. Bu yaxınlarda köçəri quşların miqrasiyası ilə bağlı olaraq ayda iki dəfə monitorinqlərin keçirilməsi barədə qərar qəbul olunub. Keçirilən monitorinqlər Azərbaycan ərazisində hər hansı xəstəlik əlamətlərini və ya quş ölümünü aşkarlamayıb. Virusun ölkəyə daxi olmasının qarşısını almaq üçün sərhəd baytarlıq xidməti gücləndirilmiş iş rejimində işləyir, ölkədə vəhşi quşların ovlanmasına, istifadəsinə, satışına və ölkəyə quş məhsullarının gətirilməsinə qoyulmuş qadağa hələ də qüvvədədir. Bü gün komissiya dekabrın 17-də bitəcək növbəti monitorinqə başlayıb.

Xəbər lenti

Xəbər lenti