...

Azərbaycan Maliyyə Nazirliyinin Sığorta şöbəsi sığorta şirkətlərində hüquqşünasların peşəkar səviyyəsinin qaldırılması üçün tədbirlər keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 20:49 (UTC +04:00)

Maliyyə Nazirliyinin maliyyə elmi-tədris mərkəzində dekabrın 4-dən 8-dək "Sığortanın hüquqi əsasları" mövzusunda tədris kursu keçirilib. Nazirliyin məlumatına istinadən Trend in verdiyi xəbərə görə, bu kurslar nazirliyin nəzarətində dövlət sığortası şöbəsi tərəfindən təşkil olunub.

Kursların keçirilməsində əsas məqsəd milli sığorta bazarındakı sığorta şirkətlərində işləyən hüquqşünasların peşəkar səvmyyəsinin qaldırılmasıdır. Kurslarda mütəxəssislər hazırda milli sığorta bazarındakı vəziyyət, qoyulan məsələlərdəki problemlər barədə məlumatlandırılıb, həmçinin, "AR-də sığorta fəaliyyətini nizamlayan normativ-hüquqi aktlar barədə", "Sığorta müqavilələrindəki vəzifələr və onların nizama salan hüquqi aktlar barədə", "Sığorta hüququ sığorta müqavilələrinin tərkib hissəsi kimi", "Sığorta fəaliyyətinə xüsusi icazənin verilməsi və ləğvi qaydaları", "Sığorta sahəsində hüquqi qarşılıqlı əlaqələr", "Sığorta ödəmələrindən imtinanın əsasları", "Fərdi nəqliyya sahiblərinin vətəndaş məsuliyyəti məcburi sığortası", "Sığorta qanunvericiliyində beynəlxalq təkmilləşdirmə standartları" və "Sığorta hüququ və beynəlxalq təcrübə" mövzuları dinlənilib. Kursun yekununda onu uğurla başa çatdırmış və fəal iştirak etmiş şəxslərə sertifikat verilib.

Xəbər lenti

Xəbər lenti