...

Azərbaycan Gömrük komitəsinin sədri Rusiya Gömrük Akademiyasının tələbələri və məzunları Beynəlxalq Assosiasiyasının fəxri üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 15:54 (UTC +04:00)

Dünya Gömrük Təşkilatının Bakı regional tədris mərkəzində Rusiya Gömrük Akademiyasının tələbələri və məzunları Beyəlxalq Assosiasiyasının ikinci illik konfransı keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinə(DGK) istinadən Trend in verdiyi xəbərə görə, konfransın açılış mərasimində Azərbaycan DGK-nın sədri Aydın Əliyev, Assosiasiyanın sədri, Rusiya gömrük akademiyasının beynəlxalq rabitə üzrə direktor müavini Aleksandr Podçişaev həmçinin Qırğızıstan, Moldava və Ukraynanın təmsilçiləri iştirak ediblər. Görüşdə çıxış edərək A. Əliyev vurğulayıb ki, gömrük orqanları büdcə gəlirlərinin formalaşmasında olduğu kimi, iqtisadi təhlükəsizliyin təmin olunmasında da böyük rol oynayır. "Bundan ötrü Azərbaycan gömrük orqanlarının material-texniki bazasını möhkəmləndirmək, qanunverici bazanı təkmilləşdirmək vacibdir"- deyə, o, qeyd edib. Azərbaycan DGK-nin Rusiya Gömrük Akademiyası ilə əməkdaşlıq məsələlərinə toxunaraq,komitənin rəhbəri bəyan edib ki, bu akademiyanın məzunları hal-hazırda DGK-nın aparıcı postlarında çalışırlar.

A. Podçişaev qeyd edib ki, Azərbaycandan olan tələbələrin fəallığını çox yüksək qiymətləndirir və keçirilən konfransın əsas məqsədi fikirlərin bölüşülməsindən başqa həm də, təhsilin təkmilləşdirilməsi üçün təkliflərin öyrənilməsidir.

Daha sonra o, Aydın Əliyevi "Gömrük işində təhsilin və Rusiya Gömrük Akademiyası ilə əməkdaşlığın inkişafına görə" mükafatı ilə təltif edib və bəyan edib ki, Azərbaycan DGK-nın rəhbəri Assosiasiyanın fəxri üzvlüyünə qəbul edilib. Konfransın işinin gedişində MDB üzvü olan ölkələrdə Rusiya Gömrük Akademiyasının bazasında müvafiq kadrların hazırlanması məsələləri müzakirə olunub, əməkdaşlığın inkişafının sonrakı yolları analiz olunub.

Xəbər lenti

Xəbər lenti