...

Agrolizing öz fəaliyyətini genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 16:00 (UTC +04:00)

Agrolizing ASC Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhəddə yerləşən bölgələrdə öz xidmətlərini genişləndirmək niyyətindədir. Bu istiqamətdə artıq müəyyən işlər görülür. Bu barədə Trend ə müəssisənin başçısı Tariyel Rəsulov məlumat verib.

Onun sözlərinə görə, hazırda aqrotexservis filialının açılışı üzrə Xocavənd icra hakimiyyəti başçısı ilə müzakirələr aparılır.

"Hazırda biz artıq Azərbaycanın 50-dən çox bölgəsində aqrotexservis filiallarına malikik. Növbəti filial yaxın vaxtlarda Masallıda açılacaq. Çünki artıq baza üçün yer ayrılıb. Bəzi təşkilati məsələlər həll olunduqdan sonra biz bu bölgədə öz xidmətlərimizi göstərməyə başlayacağıq", - deyə ASC başçısı vurğulayıb.

Agrolizing ASC 23 oktyabr 2004-cü il tarixdə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılmasına və lizinq yolu ilə yerli torpaq sahiblərinə müxtəlif kənd təsərrüfatı texnikası verməklə sahibkarlığın dəstəklənməsinə yönəldilib. Hazırda ASC Kənd Təsərrüfatı Nazirliyinin yerlərində yerləşib.

Xəbər lenti

Xəbər lenti