...

Azərbaycan nümayəndə heyəti İnvestors Event-də iştirak etmək üçün Londona yola düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 16:37 (UTC +04:00)

Maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti dekabrın 13-də İnvestors Event-də iştirak etmək üçün Londona yola düşür. Azərbaycan Maliyyə Nazirliyindən Trend ə verilən xəbərə görə, bütün dünyanın investorları ilə görüş ölkənin ikinci reytinq agentliyinin cəlb olunması üzrə məsləhətçisi City Group tərəfindən təşkil olunub. Tədbir dekabrın 14-də keçiriləcək.

İnvestors Event çərçivəsində həmçinin avrobondların buraxılması üzrə dünya təcrübəsinin müzakirəsi üzrə yığıncaq da olacaq.

Azərbaycan Maliyyə Nazirliyi həmçinin 2007-ci ildə suveren avrobondların debüt buraxılışını həyata keçirməyi planlaşdırır, ona görə də bu görüşdə iştirak aktual olacaq.

Düzdür, suveren avrobondların buraxılması üçün məsləhətçi seçimi üzrə qəti qərar hələ qəbul olunmayıb, lakin bu istiqamətdə Azərbaycana öz köməyini Fitch Raytings, Standard & Poors beynəlxalq reytinq agentlikləri, eləcə də ölkənin ikinci reytinq agentliyinin cəlb olunması üzrə məsləhətçisi City Group təklif edir. Hökümətə daha 20 bank (Commerz Bank, BNP Paribas, Deutsche Bank, ABN Amro və s.), JP Morgan şirkəti avrobondların buraxılışında yardım göstərməyi məsləhət görüblər.

Avrobondların debüt buraxılışının təxminən 300 mln. ABŞ dolları olacağı ehtimal olunur.

Səfər çərçivəsində S.Şərifov həmçinin 2006-cı ilin sonunadək ölkənin suveren reytinqinin yenilənməsi planları ilə bağlı Fitch Raytings agentliyinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti