...

Azərbaycan Bakı-Böyük Kəsik dəmir yolunun reabilitasiyası üzrə TİƏ-nin hazırlanması üçün qrant alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 17:21 (UTC +04:00)

2007-ci ilin mart ayında Azərbaycan Dövlət Dəmir Yolu Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolu magistralının reabilitasiyası layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün qrant almaq niyyətindədir. Bu barədə Trend ə respublika hökümətindən məlumat verilib. 200 min ABŞ dolları həcmində qrant Yaponiya höküməti tərəfindən veriləcək.

Bu layihə çərçivəsində Bakıdan Gürcüstan sərhəddinə qədər dəmir yol ərazisinin reabilitasiyası üzrə TİƏ-nin hazırlanması nəzərdə tutulub. Bu ərazi Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyat dəhlizinin açılış layihəsinə daxildir.

Türkiyə öz dövlət büdcəsində artıq 2007-ci ildə bu layihənin reallaşdırılmasına vəsait qoyub və tikintini başlayır. Gürcüstanla danışıqlar başa çatır və gələn il onlar tikintini başlayacaqlar.

Əsasən bu nəqliyyat dəhlizi ilə Qazaxıstan, Çin və Rusiyadan yüklər göndəriləcək. Nazirlərin bu ilin avqust ayında Qazaxıstandakı görüşü zamanı Qazaxıstan tərəfi bu dəhliz üzrə ən azı 10 mln. ton yük tədarük etmək öhdəliyini öz üzərinə götürüb.

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu nəqliyyat dəhlizinin yaradılması layihəsinə uzunluğu 98 km olan Qars-Axalkalaki dəmir yolu qolunun tikintisi daxildir. Bunun 68 km-i Türkiyənin, 30 km-i isə Gürcüstanın payına düşür. Həmçinin Axalkalaki-Tbilisi ərazisində müəyyən yenidən qurulma işlərinin görülməsi lazımdır. Layihənin orta qiyməti 400 mln. ABŞ dolları məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti