...

Bakıda "Korporasiya idarəetməsi və menecmentdə qabaqcıl təcrübə" forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 15:05 (UTC +04:00)

Dekabrın 16-da Crescent Beach Hotel -də "Korporasiya idarəetməsi və menecmentdə qabaqcıl təcrübə" mövzusunda forum keçiriləcək. Trend in verdiyi xəbərə görə, forum Azərbaycan İqtisadi İnkişaf nazirliyinin, AZPROMO-un, Beynəlxalq Maliyyə Korporasiyasının "Azərbaycanda korporasiya idarəetməsi" layihəsinin, Yaponiyanın Texniki əməkdaşlıq Agentliyinin və Azərbaycan Bank Təhsili Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Forumu iqtisadi inkişaf naziri Heydər Babayev açacaq. Həmçinin forumun çərçivəsində Yaponiyanın Aəzrbaycandakı səfiri Tadaxiro Abe, Yaponiya Texniki əməkdaşlıq agentliyindən Kato Şizuo, "Azərbaycanda korporasiya idarəetməsi" layihəsinin rəhbəri Çarlz Kanfild və b. çıxış edəcəklər. Forumun gedişində iştirakçılar yeni idarəetmə konsepsiyalarının gerçəkləşməsində təcrübəni bölüşməklə yanaşı, Azərbaycan şirkətlərinin dünyanın ticarət və investisiya bazarına çıxması problemini də müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti