...

Azərbaycan höküməti və DB nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını dəqiqləşdirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 15:09 (UTC +04:00)

Azərbaycan höküməti ilə nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün Dünya bankının yol infrastrukturu üzrə mütəxəssisi Olivye Le Berin başçılıq etdiyi bankın missiyası Bakıdadır. DB-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, həftəlik səfər zamanı nəqliyyat sahəsində ümumi məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Bank uzunluğu 750 km olan avtomobil yollarının maliyyələşdirilməsi üçün əlavə olaraq 300 mln. ABŞ dolları ayırmaq istədiyini bildirib. Yenidən qurulmasına DB-nin vəsaitlərinin cəlb oluna biləcəyi yeni ərazilər arasında İsmayıllıdan Qara-Məryəmə (Göyçay və Ağsu arasında), Mingəçevirdən İsmayıllıya qədər avtomobil yolları var. Həm də bankçılar Zaqatala, Balakən rayonlarının ərazisindən keçən yolları, kənd, rayon təyinatlı avtomobil yollarını maliyyələşdirməyi təklif edirlər.

Bundan başqa bank Bakı şəhərinin nəqliyyat sisteminin səmərələliyinin artırılmasına və avtomobil tıxaclarının aradan qaldırılmasına yardım etmək niyyətindədir. Bu xahişlə DB AR hökümətinə müraciət edib.

Dünya bankı yol layihələrinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti üzrə vəsait ayıracaq. Üç il ərzində DB -nin Azərbaycan höküməti ilə tərəfdaşlığının strategiyası çərçivəsində yol layihələrinə 550 mln. ABŞ dollarının ayrılması nəzərdə tutulub. Bu günə qədər onlardan 200 mln. ABŞ dollarının ayrılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti