...

Kapitalbank özəlləşdirilməyə başlanandan sonra Azərbaycan höküməti ABB dövlət paketinin özəlləşdirilməsinə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 16:04 (UTC +04:00)

Yarımdövlət Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə 2007-ci ilin ilk yarısında, Kapitalbankın özələşdirilməsinə başlanmasından sonra başlanılacaq. Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsindən Trendə verilən məlumata görə, hazırda ABB-ın özəlləşdirmə yollarının tapılması üzərində iş gedir. Bununla belə istisna olunmur ki, bankın müəyyən aksiya paketi strateji investora təklif olunacaq.

Bu vaxta qədər ABB nizamnamə fondunun böyüdülməsi nəzərdə tutulur və bankın aksionerləri artıq onun 40 mln. manatdan 100 mln. manata çatdırılması barədə qərar qəbul ediblər. Kapitalbankın özəlləşdirilməsinin birinci mərhələsi 2006-cı ilin dekabrında-2007-ci ilin yanvarında başlanacaq. Prezidentin 2005-ci il 1 mart tarixli sərəncamına müvafiq olaraq qarşıdakı özəlləşdirmə ilə əlaqədar dövlətin bankdakı iştirakını 50%-ə endirmək üçün onun nizamnamə kapitalını ikiqat artırmaq nəzərdə tutulub. Bununla əlaqədar olaraq 12 mln. manata bank aksiyalarının yeni emissiyası elan olunacaq. Hazırda bankın nizamnamə kapitalı 12 mln manat, birləşdirmə kapitalı isə 24 mln manat təşkil edir.

Kapital bankda dövlət payının azaldılması qərarı oktyabrda bank aksionerlərinin ümumi iclasında qəbul olunub. İclas dövlət komissiyasının dövlət banklarının təmsilçiləri, dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsi, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri tərəfindən formalaşdırılmış dövlət banklarının özəlləşdirilməsi,bank kapitalının ikiqat artırılması təklifini təqdir edib. Hazırda bankın bazar dəyərinin qiymətləndirilməsi keçirilir. Sonrakı mərhələdə potensial investorlarla iş aparılacaq. Hazırda hökümət komissiyasında hər iki dövlət bankının özəlləşdirilməsi sxemi işlənir.

Xəbər lenti

Xəbər lenti