...

Azərbaycan Beynəlxalq Bankı MIGOM təcili pulköçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 16:08 (UTC +04:00)

2006-cı il dekabrın 18-dən etibarən Azərbaycan Beynəlxalq Bankı (ABB) MIGOM beynəlxalq sistemində hesab açmadan fiziki şəxslər üçün təcili pul köçürmələrinin qəbulu və göndərilməsinə başlayır.

ABB məlumatına istinadən Trend bildirir ki, MIGOM pul köçürmələri proqramının özəlliyi aşkardır - tez (5-10 dəqiqə), təhlükəsiz (informasiya mühafizəsi sahəsində ən öndə gedən texnologiyalar), ucuz (köçürülən məbləğin 2-3 faizi həcmində komissiya), rəsmləşdirilmədə rahatlıq (bank rekvizitləri olmadan).

MIGOM sistemi postsovet məkanında çox ölkələri əhatə edir və təkcə Rusiyada təcili pul köçürmələrinin verilməsi və göndərilməsi üzrə 500-dən artıq məntəqəsi var.

Sistemin işinə ABB-nin şəbəkəsi Azərbaycanın hər nöqtəsini əhatə edəcək bütün filialları qoşulacaq.

Bankın məlumatında deyilir ki, bu sistemin işə düşməsi ilə Azərbaycanda Rusiyanın müxtəlif şəhərlərində və MDB ölkələrində işləyən və ya yaşayan həmyerlilərimiz tərəfindən edilən pul köçürmələrində nəzərə çarpacaq artım hiss olunacaq. Xüsusən, ABB-nin Moskva, Sankt-Peterburq və Yekatrinburqdakı törəmə bank filiallarında aparılan pul köçsürmələrində böyük artım proqnozlaşdırılır.

ABB ekspertləri hesab edirlər ki: "Bu xidmətin yüksək nəticələrinə arxayın olmağa "Contact" sistemi ilə aparılan iş təcrübəsi imkan verir, həmin sistem işə düşdüyü ilk gündən ödəmələrin kəmiyyəti bizim ümidlərimizi 100 faiz doğrultdu!"

Bank artıq fiziki şəxslər üçün "MoneyGram", "Contact", "XpressMoney"-də hesab açmadan təcili pul köçürmələri sistemi ilə işləyir, həmçinin "ABB-Moskva" törəmə bankı və Ukraynanın böyük banklarından biri "UkrSosBank"la özünün pul köçürmələri sistemindən istifadə edir. Lakin bank rəhbərliyi əldə etdyi bu uğurlarla kifayətlənmək fikrində deyil və bir sıra digər təcili pul köçürmələri sistemlərinə qoşulmaq barədə də danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti