...

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin paylaşdırılma tarixi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 17:09 (UTC +04:00)

18 dekabr 2006-cı il tarixindən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sadə adlı səhmlərinin paylaşdırılması başlayır. Trend Bakı fond birjasının məlumatına istinadən xəbər verir ki, emissiyanın həcmi 60 mln. AZN təşkil edir. Bir səhmin nominal dəyəri 0,20 AZN həcmində müəyyən olunub.

Emissiya prospektinə əsasən, paylaşdırma Bakı fond birjasında açıq iltizam üsulu ilə həyata keçiriləcək. Səhmlərin paylaşdırılmasının anderrayteri rolunda "International Transaction Systems" çıxış edəcək. Səhmlərin emissiya prospektinə əsasən, emitent səhmdarları 10 ay ərzində nizamnamə kapitalında öz paylarına uyğun paylaşdırılan səhmləri almaq üçün üstün hüquqa malikdirlər.

Hazırda ABB-in ödənilmiş nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Bankın nizamnamə kapitalında dövlət payı 50,2% təşkil edir, qalanlar özəl hüquqi və fiziki şəxslər arasında paylaşdırılıb.

Xəbər lenti

Xəbər lenti