...

11 ay ərzində Azərbaycanda sənaye istehsalının artımı 37,5% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 15:37 (UTC +04:00)

Yanvar-noyabr aylarında Azərbaycanda sənaye istehsalının həcmi 13,137 mlrd. manat təşkil edib, bu isə 2005-ci ilin analoji dövrunun həcmindən 37,5% çoxdur. Bu barədə Trend ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə hasilat sənayesində 9,229 mlrd. manata qədər sürətli artım qeydə alınıb, bu isə sənaye istehsalının 70,2%-ni, emal sənayesinin (3,375 mlrd. manat)- 25,7%-ni təşkil edib, elektrik enerjisi, qaz və su sektoruna isə 4,1% (0,533 mlrd. manat) düşür.

Hasilat sənayesində istehsal həcmi 46,1%, emal sənayesində - 6,3%, elektrik enerjisi, qaz və su sektorlarında - 8,1% artıb. Sənaye istehsalının həcminin artma tempinin sürətlənməsi neft sektorunda istehsalın artması ilə bağlıdır. Bu sektorda 2005-ci ilin yanvar -noyabr ayları ilə müqayisədə 44,1% çox istehsal olunub, bu isə ölkənin bütün sənaye istehsalının 3\4 hissəsini təşkil edib.

Qeyri -neft sektorunda məhsul istehsalı 7,6%, o cümlədən kimya sənayesində - 9,1%, metallurgiyada - 9,1%, ərzaq məhsullarının istehsalında - 4,1%, elektrik avadanlığı, optik və elektrik avadanlığında - 21,9%, maşın və avadanlıqlarda - 44,6% artıb.

2006-cı ilin yanvar-noyabr aylarında qeyri-dövlət sektorunun payı ümumi sənaye istehsalının 76,2% (10,017 mlrd. manat) təşkil edib. Qeyri-dövlət sektorunda artım 53,2%, dövlət sənayesində isə 3,4% səviyyəsində olub.

Hökümətin proqnozlarına görə, 2006-cı ildə sənaye istehsalının həcminin 46,7% artması gözlənilir.

Xəbər lenti

Xəbər lenti