...

Noyabr ayında Azərbaycanda işsizlərin sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 15:47 (UTC +04:00)

2006-cı il dekabrın 1-i üçün Azərbaycanda 54,146 min nəfər işsiz rəsmi qeydiyyata alınıb, onların 51,2 faizi qadınlardır. Statistika Dövlət Komitəsindən Trend ə xəbər veriblər ki, ölkədə bir yerə 4 işsiz düşür. Noyabr ayında işsizlərin sayı 0,5 faiz azalıb.

Hesabat dövrü üçün ölkənin işə qabilli əhalisi 3965,7 min nəfər təşkil edib. Onlardan 33,4 faizi muzdla işləyir. Muzdla işləyənlərin 20,4 faizi maddi istehsalat sahəsində - 13 faiz sənayedə, 4,6 faiz tikintidə, 2,8 faiz kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda çalışır. Qeyri-istehsalat sahəsində işləyənlərin 25,8 faizi təhsil sahəsində, 19,7 faizi topdansatış və parakəndə ticarət, avtomobil, məişət məmulatları və şəxsi istifadə üçün predmetlərin təmiri üzrə sahələrdə, 10,4 faiz səhiyyə və sosial xidmət sahələrində, 6,9 faiz nəqliyyat və rabitə, 6,1 faiz kommunal, sosial sahə və şəxsi xidmət sahəsində, 4,7 faiz daşınmaz əmlakla, icarə ilə bağlı əməliyyatlarda, 4 faiz dövlət idarəsi və müdafiəsində cəmləşib.

İşsizliyə görə müavinətin orta həcmi 56,5 manat, yaxud noyabr ayı üçün muzdla işləyənlərin orta aylıq əmək haqqının 37,8 faiz qədər təşkil edir.

Xəbər lenti

Xəbər lenti