...

Yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına təxminən 6 mlrd. ABŞ dolları sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 16:18 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabr ayları ərzində müəssisə və təşkilatların bütün maliyyə mənbələrindən Azərbaycan iqtisadiyyatının inkişafına 5219, 5 mln. manat qoyulub, bu isə ötən ilin analoji dövründən əsas kapitala investisiya qoyuluşlarını 15,2% ötür. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, müəssisə və təşkilatın xüsusi mülkiyyətində olanlar əsas kapitala 3834,4 mln. manat (73,5%), dövlət mülkiyyətində olanlar isə - 1385,1 mln. manat (26,5%) qoyub.

Təmir-tikinti işlərinə qoyulan sərmayələrin həcmi 9,6% artaraq, 2681,6 mln. manat təşkil edib. İstehsalat yönümlü obyektlərin tikintisi üçün 4480,6 mln. manat (85,8%) sərmayədən istifadə olunub, qeyri-istehsalat obyektlərinə isə 738,9 mln. manat (14,2%) sərmayə qoyulub.

Xarici sərmayələrin xüsusi çəkisi 57,3% və ya 2989,4 mln. manat təşkil edib. Müvafiq olaraq sərmayələrin ümumi həcmindən 42,7% daxili investisiyaların payına düşür, bu isə ümumi ifadədə 2230,1 mln. manat təşkil edir. Ötən ilin analoji göstəricisi ilə müqayisədə 11 ay ərzində daxili sərmayələrin həcmi 47,6% artıb, xarici sərmayələr isə 1% azalıb.

Büdcə vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikintisinə 657,1 mln. manat sərmayə qoyulub, bu isə bu il üçün nəzərdə tutulmuş vəsaitlərin 74,3%-dir. Bu vəsaitlərdən təmir-tikinti işlərinə sərmayələrin 62,4%-i yönəldilib. Ümumilikdə 2006-cı il üçün dövlət büdcəsində bu məqsədlər üçün 884,3 mln. manat nəzərdə tutulub.

Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala 3790 mln. manat (sərmayələrin ümumi həcmindən 72,6%), bank kreditlərindən - 332,9 mln. manat (6,4%), büdcə vəsaitlərindən - 700,8 mln. manat (13,4%), bülcədənkənar fond vəsaitlərindən - 101,8 mln. manat (1,9%), əhalinin şəxsi vəsaitlərindən - 274,7 mln. manat (5,3%) və digər yerlərdən - 19,3 mln. manat (0,4%) sərmayə qoyulub.

Xəbər lenti

Xəbər lenti