...

Azərbaycanın təsərrüfat subyektlərinin mənfəəti 31,9 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 16:36 (UTC +04:00)

2006-cı ilin 3 rübü ərzində respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar 1915,8 mln.manat mənfəət götürüb, itkiləri isə 226,4 mln. manat təşkil edib. Statistika Dövlət Komitəsindən Trend ə məlumat veriblər ki, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində onların mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 31,9 faiz (463,3 mln. manat) artıb. Mənfəətin böyük bir hissəsi (69,8 faiz, yaxud 1337 mln. manat) sənaye müəssisələrinin hesabına əldə olunub.

Nəqliyyat müəssisələri - 149,3 mln. manat (ümumi mənffətin 7,8 faizi), rabitə müəssisələri - 131,4 mln. manat (6,9 faiz), tikinti təşkilatları - 53,7 mln. manat (2,8 faiz) mənfəətlə işləyib.

9 ay ərzində alınmış ümumi itkilərdən sənaye müəssisələrinin payına 66,4 faiz, nəqliyyat müəssisəlrinə - 21,2 faiz, maliyyəyə - 1,8 faiz, tikinti təşkilatlarına - 5,6 faiz, ticarət və xidmət sahəsi müəssisələrinə - 0,8 faiz düşüb.

Müəssisə və təşkilatların qarşılıqlı borclarının həcmi (sistemdaxili borclar nəzərə alınmadan) 6,011 mlrd. manat təşkil edir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 14,7 faiz (771,9 mln. manat) artıb. 2005-ci ilin əvvəli üçün onların həcmi yalnız 1603,04 AZN, 2004-cü ilin əvvəlində isə 1375,44 mln. AZN olub.

Xəbər lenti

Xəbər lenti