...

Azərbaycan dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi dövlətin iştirakı olan SC-lərə nəzarəti gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 18:05 (UTC +04:00)

Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi kapitalında dövlətin də payı olan səhmdar cəmiyyətlərdən dövlət büdcələrinə dividentlərin qəbul olunması üzrə tədbirlərini davam etdirir. Dövlət Komitəsinin məlumatına istinadən Trend in verdiyi xəbərə görə, 11 ay ərzində 130 SC dövlət xəzinəsinə 113 min manat divident qoyub. Dividentlərin həcminin artırılması, dövlətə mənsub olan səhmlərin idarə olunmasının gerçəkləşməsi, dövlət nümayəndələrinin nəzarət və idarə orqanlarında iştirakının təmin olunması, SC-də müntəzəm olaraq ümumi iclasların keçirilməsi də Dövlət Komitəsinin diqqət mərkəzindədir.

Hesabat dövrü ərzində ümumi yığıncaq düz 70 SC-də keçirilib. Müvafiq tədbirlər özəlləşdirmə komissiyasının fəaliyyət koordinasiyası istiqamətində dövlət müəssisələri bazasında səhmdar cəmiyyətlərin yaradılması ilə bağlı keçiriləcək. Həmçinin dövlət paketi olan SC-lərin fəaliyyətinin nizama salınması, dövlət payının effektiv idarə olunması istiqamətində tədbirlər keçirilir. Bu məqsədlə ötən dövr ərzində 600 özəlləşdirmə barədə akt və maliyyə hesabatı araşdırılıb. Əmlakın qədərində sapındırma halları aşkar olunarsa, qanunvericiliyə müvafiq olaraq ölçü götürüləcək.

Xəbər lenti

Xəbər lenti