...

Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti çərçivəsində indikativ proqramını 2007-ci ilin yazından sonra təsdiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 19:37 (UTC +04:00)

Avropa Komissiyası 2007-2010-cu illərdə Azərbaycan üçün Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində indikativ proqram barədə hökümətlərarası razılıq əldə edib.

Azərbaycan Avropa Birliyinin texniki yardım proqramı koordinasiya bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə vediyi xəbərə görə, o, razılıq üçün Azərbaycan hökümətinə 2007-ci ilin əvvəlində təqdim olunacaq, təsdiqi isə 2007-ci ilin yazından sonra olacaq.

Onun sözlərinə görə, fəaliyyət proqramının 2007-ci ildə təsdiqlənməsi nəzərdə tutulur. AQS-in 2007-ci ildə Azərbaycan üçün ilk büdcəsi təxminən 19 mln avro təşkil edəcək. Gələn il üçün üç istiqamət nəzərdə tutulub: gövlət büdcəsinin sektoral dəstəyi üzrə alət, tvininq-proqram və texniki fəaliyyət.

Ə.Ələkbərovun qeyd etdiyinə görə, Avropa Komissiyası üç prioritet istiqamətdə texniki yardım gösətrməyi planlaşdırır- düzgün idarəetmə, demokratik islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi; iqtisadi islahatlar, maliyyə sektoru; regional inkişaf: energetika, nəqliyyat və infrastruktur. "Trivininq-proqramlardakı layihələr məhz bu istiqamətdə əsaslandırılacaq", - deyə Ə. Ələkbərov hesab edib.

Avropa Komissiyası TACİS və MEDA kimi iki proqramı çərçivəsində maliyyələşdirmə həyata keçirmək niyyətindədir. AQS-in 2007-2013-cü illər üçün büdcəsi 15 mlrd avro dəyərində nəzərdə tutulub kit, 2006-cı ilədək maliyələşdirmənin həcmini ikiqat artırır. Bu vəsait ölkələr arasında bölünəcək.

Xəbər lenti

Xəbər lenti