...

Moody’s yeni neft-qaz yataqları işlənib hazırlanması ilə əlaqədar Azərbaycanın kreditödəmə qabiliyyətinin artdığını qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2006 16:31 (UTC +04:00)

Moody's Investors Service beynəlxalq reytinq agetliyinin analitiklərinin fikrincə, Azərbaycanın kredit ödəmə qabiliyyəti yeni şelf və neft-qaz yataqlarının işlənib hazırlanmasının sayəsində nəzəraçarpacaq dərəcədə yüksəlib. Bu barədə Trend RBK-ya istinadən xəbər verib. Agentliyin ekspertləri neft və qazın ixracından dövlətə gələn gəlirlərin yüksəlməsinin növbəti 10-15 il ərzində davam edəcəyini gözləyirlər. Bu məlumatlar Moody's -un Azərbaycan üzrə illik hesabatında nəşr olunub.

Dövlət istiqrazlarının reytinqi üçün ölkə maksimumu xarici valyutada Vaa2 səviyyəsindədir, dövlət istiqrazlarının reytinqi xarici valyutada Va1 səviyyəsindədir, reytinq üzrə proqnoz "stabildir". Bu reytinqlər Moody`s ekspertlərininin dövlət istiqrazlarının defoltu baş verərsə ödəmələrdə moratoriyaların keçirilməsinin o qədər də inandırıcı olmaması fikrini əks etdirib. Bununla belə, Moody,sun ekspertləri neqativ faktorlar qismində "Azərbaycanda iri məhsul ixracatı ilə bağlı iqtisadi effektlərlə idarəetmədə çox vacib olan iqtisadi institutllar sisteminin işlənib hazırlanmamasını" da qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti