...

"Bank Respublika" işini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2006 10:16 (UTC +04:00)

Trend bildirir ki, dünən "Bank Respublika"nın Xaqani küçəsində yerləşən binasında partlayıcı qurğu yerləşdirilməsi barədə banka anonim zəng daxil olub.

Bank rəhbərliyi həmin ofisdə yerləşən müştəri və əməkdaşların təhlükəsizliyi məqsədilə hamının dərhal evakuasiyası barədə göstəriş verib. Daxil olan zəng barədə həmçinin Fövqəladə Hallar Nazirliyinə (FHN) və hüquq-mühafizə orqanlarına xəbər verilib.

Ofisdə yerləşənlər bir neçə dəqiqə ərzində küçəyə çıxarılıb. Həyəcan yaratmamaq üçün ilk dəqiqələr evakuasiyanın səbəbi təlim keçirilməsi kimi göstərilib.

Hadisə yerinə gəlmiş FHN əməkdaşları bankın bütün binalarının yoxlanışını keçirib. Xüsusi təlim keçmiş itlər də cəlb olunmaqla keçirilən yoxlama tədbirləri nəticəsində bankda heç bir partlayıcı qurğu aşkar edilməyib.

Saat 17:30-da bankın yuxarıda adı çəkilən ofisində iş bərpa olunub, bütün əməkdaşlar öz iş yerlərinə qayıdıb. Bankın digər 14 filialı və şöbələri bütün bu müddət ərzində fasiləsiz öz işinə davam edib.

Müvafiq dövlət orqanları fakt üzrə təhqiqatları davam etdirir.

Xəbər lenti

Xəbər lenti