...

Azərbaycan nəqliyyat sektorunda daşınma həcmini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2006 12:58 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-noyabrında Azərbaycanın nəqliyyat sektoru ilə 130,2 mln. ton müxtəlif yüklər daşınıb ki, ötən ilin yanvar-noyabrından 12,9% çoxdur. Daşınan yüklərin ümumi həcminin 57,9%-i özəl sektora aiddir. On bir ay ərzində yüklərin ümumi həcminin 50,8%-i avtomobil nəqliyatı ilə, 18,5%-i boru kəməri ilə (o cümlədən 4,9%-i Bakı-TiflisCeyhanla), 21%-i dəmir yolu, 9,7%-i dəniz nəqliyyatı ilə daşınıb.

Sərnişin nəqliyyatı ilə 2006-cı ilin yanvar-noyabrında 967,5 mln. nəfər daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,1% çoxdur. Bunun 84,2%-i özəl sektorla daşınıb. Bu həcmin 84,3%-i avtomobil nəqliyyatının, 15% sərnişin isə metro nəqliyyatı vasitəsilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 27,3 mln ton müztəlif yüklər daşınıb ki, bu da 2005-ci ilin yanvar-noyabrından 14,9% çoxdur.

Dəniz nəqliyyatı ilə12,6 mln. ton müxtəlif yüklər daşınıb. Bu 2005-ci ilin yanvar-fevralından 1,6% çoxdur. Daşınan yüklərin ümumi həcmindən 70,2%-i neft və neft məhsullarının, qalan 29,8%-i quru yüklərin payına düşür. 99,8%-i beynəlxalq əməliyyatların payına düşür. Sərnişindaşıma həcmi 6,5% artıb.

Azərbaycan limanlarında emal olunmuş yüklərin həcmi 2006-cı ilin yanvar-noyabrında 5,5 mln. ton təşkil edib. Bu, ən ilin analoji dövründən 8,5% çoxdur. Emal olunmuş yüklərin ümumi həcminin 83,4%-i, 6,9% artmış tranzit yüklərin payına düşür.bununla belə, idxal olunmuş yüklərin ümumi həcmi 4,3%, ixrac olunan yüklərin həcmi isə 31,4%yüksəlib.

Avtomobil nəqliyyatı ilə 66,2 mln tonn yük daşınıb ki, bu 2005-ci ilin yanvar-noyabrından 6,3% çoxdur. Sərnişindaşımanın həcmi 815,6 mln adam (5,7% artıb) təşkil edib. metropolitenlə sərnişindaşımanın həcmi 9,1% artıb və 145,3 mln. adam təşkil edib. Bu ilin iyulundan trolleybusla daşınma tamamən dayandırılıb. Sərnişinlərin hava nəqliyyatı ilə daşınması 8,8% artıb və 1,2 mln. nəfər olub. Bu növ sərnişindaşımanın 5,8%-i qeyri-dövlət sektoruna aiddir. Yanvar-noyabrda Avroasiya nəqliyyat koridoru ilə Azərbaycan ərazisindən 39,9 mln. ton daşınıb ki, bu ötən ilin yanvar-noyabrından 6,2% çoxdur və ölkədə yükdaşınmanın ümumi həcminin 34%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti