...

"Menecment və korporativ idarəetmədə qabaqcıl təcrübə" forumunun keçirilmə vaxtı təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 19:17 (UTC +04:00)

Dekabrın 16-na planlaşdırılmış "Menecment və korporativ idarəetmədə qabaqcıl təcrübə" mövzusunda forum 2007-ci ilin yanvar ayına keçirilib. Azərbaycanda ixrac və investisiyaların təşviqi fondundan (AZPROMO) Trend ə verilən xəbərə görə, forum AZPROMO-nun, Beynəlxalq maliyyə korporasiyasının "Azərbaycanda korporativ idarəetmə" layihəsi, Yaponiyanın Texniki əməkdaşlıq agentliyi və Azərbaycanın Bank yaradılması mərkəzinin dəstəyi ilə keçiriləcək.

Forumu iqtisadi inkişaf naziri Heydər Babayev öz çıxışı ilə açacaq. Həmçinin forum çərçivəsində Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe, Yaponiyanın texniki əməkdaşlıq agentliyinin eksperti Kato Şizuo, "Azərbaycanda korporativ idarəetmə" layihəsinin rəhbəri Çarlz Kanfild və b. çıxış edəcək.

Forum zamanı iştirakçılar idarəetmənin yeni konsepsiyalarının reallaşdırılması ilə bağlı təcrübələri ilə bölüşəcək, eləcə də Azərbaycan şirkətlərinin beynəlxalq ticarət və investisiya bazarlarına çıxışı ilə bağlı problemləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti