...

Kfw və DB Azərbaycanda kadastr yaradılması layihəsinin birgə qiymətləndirilməsini keçirmək qərarına gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 20:43 (UTC +04:00)

Kfw Alman inkişaf Bankı və Dünya Bankı daşınmaz əmlakın qeydiyyatı layihəsinin birgə qiymətləndirilməsini keçirmək barədə razılığa gəliblər. KFW -nin Bakı ofisinin rəhbəri Natiq Abdullayevin Trend ə verdiyi xəbərə görə, məlum qiymətləndirilmə DB-nin kadastr barədə layihəsinin öz ekspertləri tərəfindən qiymətləndirilməsinin yekunları barədə hesabat alınandan sonra keçiriləcək. N. Abdullayev güman edir ki, hesabat fevraldan tez alınmayacaq. Qərarın ötən həftə tərkibinə texniki mütəxxəsis Tomas Vyutrixin və layihənin meneceri İzabella Ştaymerin daxil olluğu kfw missiyasının səfərindən sonra qəbul olunması təklif olunmuşdu. Onlar DB missiyası ilə birgə işlər aparmışdılar. Birgə qiymətləndirmə keçirmək qərarına baxmayaraq KFW maliyyə dəstəyinin dəyərinii dəyişmək planlaşdırılmır. Bank kadastr və daşınmaz əmlakın qeydiyyatı vahid sisteminin inkişafı proqramı çərçivəsində 2,5 mln. avro güzəşt kreditinin və təşkilatın -benefisiarın təsisatlanmasına 1 mln. avro qrantın təqdim etməyə hazır olduğunu bildirib.

N. Abdullayevin sözlərinə görə, pilot layihəsi Bakıda, Abşeronda, və ya ölkənin seçilmiş bir rayonunda gerçəkləşəcək.

Xəbər lenti

Xəbər lenti