...

"Unibank" "MDB-nin 100 ən sürətli inkişaf edən bankı" siyahısına daxil oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2006 11:23 (UTC +04:00)

"UniBank" Rusiyanın nüfuzlu mətbu orqanı "Kommersant" tərəfindən işıqlandırılmış "MDB-nin 100 ən sürətli inkişaf edən bankı" siyahısına daxil olub. Bu barədə bankdan alınan məlumata istinadən Trend xəbər verir.

"İnterfaks" şirkəti qrupu bölməsi tərəfindən xüsusi olaraq "Kommersant" üçün tərtib edilmiş reytinqə əsasən 2006-cı il iyulun 1-nə olan məlumatalara görə "UniBank" Müstəqil Dövlətlər Birliyinin ən sürətli inkişaf edən bankları sırasında 47-ci yeri tutur. Bankın aktivlərinin artımı 50,9 faiz, şəxsi kapitalının artımı isə 22,3 faiz səviyyəsində göstərilib.

Qeyd edək ki, bu reytinq bankın uğurlu işə ilə bağlı KİV-də ilk səda deyil. 2005-ci ildə "The Banker" jurnalının yanvar buraxılışında "UniBank" ilk Azərbaycan bankı olub ki, 9-cu yeri tutaraq MDB və Şərqi Avropa ölkələrində 50 ən sürətli inkişaf edən bankların onluğuna daxil olub, eləcə də AYİB əməliyyatları ölkələrində 50 analoji bankların sırasına daxil olub.

Həmin ilin iyulunda "Euromoney" juranalı "UniBank"ı "Azərbaycanın ən yaxşı bankı" elan edib, sentyabrda isə maliyyə və biznes sahəsində nüfuza malik "The Banker" juranalı "UniBank"ı Azərbaycanda "2005-ci ilin bankı" elan edib.

Xəbər lenti

Xəbər lenti