...

Türkiyə Nazirlər Kabineti yanında türkdilli ölkələrin əməkdaşlığının inkişafı üzrə idarə Azərbaycanda 562 humanitar layihə həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2006 13:25 (UTC +04:00)

2006-cı ildə Türkiyə NK yanında türkdilli ölkələrin əməkdaşlığının inkişafı üzrə idarənin yerli nümayəndəliyi Azərbaycanda 562 humanitar layihə həyata keçirib. Nümayəndəliyin ofisindən Trend ə verilən məlumata görə, bu, türkdilli ölkələr arasında ən böyük göstəricidir.

Hazırda onların xətti ilə Gəncə, Quba və Abşeron kimyəvi stansiyalarının 7 əməkdaşı Ankarada 12 günlük kurs keçir, burada müasir avadanlıqda işi öyrənirlər.

Qeyd edək ki, türkdilli ölkələrin əməkdaşlığının inkişafı üzrə idarə keçmiş SSRİ tərkibində olmuş türkdilli ölkələrə yardım göstərilməsi məqsədilə 1992-ci ildə Türkiyədə yaradılıb. Azərbaycan nümayəndəliyi 1994-cü ildə açılıb. Hazırda nümayəndəliyə Sərhəd Kiçikqurd başçılıq edir.

Xəbər lenti

Xəbər lenti