...

Azərbaycan Türkiyə investorlarının təkliflərinin nəzərdən keçirilməsi üçün birgə komitə yaradılması təklifi ilə çıxış edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2006 16:32 (UTC +04:00)

Azərbaycan-Türkiyə işçi şurasının iclası çərçivəsində Azərbaycan Türkiyəyə birgə komitə yaratmaq barədə təklf edib. Bu barədə Trend xəbər verir. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, komitəyə Türkiyə investorlarının təklifləri təqdim oluna bilər.

Onun sözlərinə görə, ölkəyə daxil olan investisiya layihələri əvvəlcə komitədə nəzərdən keçiriləcək, daha sonra hökumətə təqdim olunacaq.

Nazir bildirib: "Bu, layihələrin ciddiliyinin təsdiqi olacaq".

Türkiyənin sənaye və ticarət naziri Əli Coşğun bu təşəbbüsü dəstəkləyərək bildirib ki, komitənin birinci iclası artıq yarım ildən sonra keçirilə bilər, burda da onun fəaliyyəti təhlil edilər.

Türkiyəli nazirin fikrincə, bundan sonra növbəti Azərbaycan-Türkiyə biznes-formu keçirilər.

Bu gün Azərbaycan iqdisadiyyatında Türkiyə investisiyalarının ümumi həcmi 2,5 mlrd. təşkil edir.

Xəbər lenti

Xəbər lenti