...

Bakıda iki yeni körpü və keçidin açılış tarixi müəyyən edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2006 11:10 (UTC +04:00)

Noyabrın 22-də Azərbaycan Nəqliyyat Nazirliyi Azərbaycan prezidentinin "Bakı şəhərində 2006-2007-ci illərdə nəqliyyat sisteminin yaxşılaşdırılması haqqında" fərmanı çərçivəsində tikintisinə başlanılmış iki yeni körpü və yeraltı keçidin açılışını keçirəcək. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər. Hazırda iki körpünün tikintisi başa çatıb - Nəqliyyat nazirliyinin və "Ayna Sultanova"nın heykəlinin yaxınlığında.

Keçidlərdən biri "Akkord" şirkəti tərəfindən Bül-Bül və Fizuli küçələrinin kəsişməsində tikilib. Bu layihənin dəyəri 999 min AZN təşkil edir. İkinci keçid "Saako" şirkəti tərəfindən Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində tikilib. Bu keçidin dəyəri - 1 mln. 245 min AZN təşkil edir.

Ümumilikdə Bakı şəhərində tikintisi nəzərdə tutulan 7 keçidin layihəsi 7,5 mln. AZN dəyərində qiymətləndirilib. Bu vəsaitə Bül-Bül və Nizami küçələrinin kəsişməsində 1 mln. 245 min AZN dəyərində və Rəşid Behbudov və Fizuli küçələrinin kəsişməsində yeni keçid inşası nəzərdə tutulub. Daha iki keçid Səməd Vurğun və Bakıxanov və Səməd Vurğun və "Təzə bazar" kəsişməsində "AS inşaat" şirkəti tərəfindən həyata keçiriləcək - bu layihələrin realizə müddəti 10 aydır. Dəyəri - 1 mln. AZN. Bül-Bül və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindəki keçidi "Sarıdağlar" inşa edəcək. Bu layihənin dəyəri 1 mln. 5 min AZN təşkil edəcək. Realizə müddəti isə - 1 il ldacaq.

Xəbər lenti

Xəbər lenti