...

Azərbaycanda gələn il üçün kənd təsərrüfatı məhsullarının istehsalına hazırlıq görülür

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2006 17:17 (UTC +04:00)

Azərbaycan bölgələrində 2007-ci il üçün kənd təsərrüfatı məhsullarının istehsalı üzrə işlər görülür. Payız əkini üçün 669,8 min hektar sahə şumlanıb. Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kənd təsərrüfatı bitkilərinin əkini üzrə işlər görülür. Artıq 567,1 min hektar sahədə payız dənli bitkilər əkilib. Onlardan 408 min hektar buğdanın payına düşür.

Əkinlə yanaşı, bölgələrdə yığım üzrə işlər davam etdirilib. Tərəvəz yığımı 2,3% çox - 1139,5 min ton rekord həcmdə, meyvələrin yığımı - 602,7 min ton, kartof yığımı - 957,6 min ton (-11,5%), bostan bitkilərinin yığımı - 354,8 min ton (-2.3%), üzüm yığımı - 82,2 min ton təşkil edib.

İlin əvvəlində ət istehsalı 247,6 min ton həcmində həyata keçirilib, bu isə 2005-ci ilin həmin dövrü ilə müqayisədə 2,8% çox, süd istehsalı 4% çox - 1196,7 min ton həcmində həyata keçirilib.

Ölkənin meşəçilik və balıqçılıq müəssisələri tərəfindən müvafiq olaraq 1079 min manat və 86 min manat məhsul istehsal olunub.

Xəbər lenti

Xəbər lenti