...

DGK başçısı: Hazırki mərhələdə Azərbaycanda gömrükdə qeydiyyata görə təsbit edilmiş verginin tətbiq edilməsi çox tezdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2006 15:47 (UTC +04:00)

Ümumdünya ticarət təşkilatının (ÜTT) tələblərindən biri olan gömrükdə qeydiyyata görə təsbit edilmiş verginin tətbiq edilməsi hələ çox tezdir. "Hələ Azərbaycan ÜTT-yə daxil olmayıb, bizim özümüzün iqtisadi siyasətimiz var və bu siyasət ölkə tərəfindən tutulan gömrük rüsumları və vergilərinin müəyyən olunmasında özünü göstərir. Gömrük qeydiyyatına görə təsbit edilmiş verginin tətbiq olunması haqqında danışmaq hələ tezdir, belə ki, orada çoxlu məsələlər var. ÜTT-yə daxil olmaq üzrə danışıqlar çərçivəsində gömrük məsələlərinə gəlincə, mən ÜTT-də ABŞ səfiri ilə görüşdüm, biz vergi qoyma ilə bağlı öhdəliklərimizi yerinə yetirəcəyik", - deyə Azərbaycan Dövlət Gömrük Komitəsinin başçısı Aydın Əliyev Trend ə bildirib.

Bu gün Azərbaycanda gömrük qeydiyyatına görə malın dəyərinin 0,15% -i həcmində rüsum tutulur. Beynəlxalq ekspertlər bunu düzgün hesab etmirlər və bir çox ölkələr gömrük qeydiyyatı zamanı göstərilən xidmətlərə görə sərf olunmuş ödənişin daxil olduğu təsbit edilmiş vergini tətbiq edirlər.

Azərbaycan hələ neft-qaz fəaliyyəti üçün ixrac məqsədilə istifadə olunan avadanlıq və materialların qeydiyyatdan keçməsi üçün addım atıb, yəni əvvəlki kimi yığım 0,15% vergi üzrə həyata keçiriləcək, lakin gömrük ödənişinin maksimal məbləği 275 ABŞ dollarını ötməməlidir.

Xəbər lenti

Xəbər lenti