...

Azərbaycan və Cənubi Koreya hava daşımalarına olan məhdudiyyətlərin qaldırılması barədə razılaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 14:45 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan və Koreya hava nəqliyyatında sərnişin və yük daşımalarına olan məhdudiyyətlərin qaldırılması barədə razılığa gəliblər.

Əldə olunan razılığa əsasən hər iki ölkə arasında mütəmadi uçuşlar təşkil olunacaq. Razılaşma həmçinin bir sıra prosedurların sadələşdirilməsini nəzərdə tutur ki, bu da iki ölkə arasında biznesin inkişafına müsbət təsir göstərəcək.

Uçuşların səmərəli olması üçün razılaşma bir şirkətə öz tanınma kodunu digər şirkətin uçuşlarında istifadə etməyə imkan verir.

Azərbaycan ilk Mərkəzi Asiya ölkəsidir ki, Koreya açıq səma haqqında razılaşma imzalayıb. Analoji razılaşmaları Koreya Çin, Tailand, Vyetnam, Kamboca və Ukrayna ilə bağlayıb.

Xəbər lenti

Xəbər lenti