...

"Azərigazbank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 14:51 (UTC +04:00)

Bu gündən etibarən Bakı Fond Birjasında "Azərigazbank" ASC-nin adi adsız dokumentarsız səhmlərinin yerləşdirilməsinə başlanılır. Birjadan alınan məlumata istinadən Trend xəbər verir ki, emissiyanın həcmi 1,8 mln. AZN təşkil edir. Bir səhmin nominal dəyəri 2 AZN təşkil edir.

Emissiya prospektinə uyğun olaraq səhmlərin yerləşdiriməsi Bakı Fonda Birjasında açıq yazılma metodu ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda "Azərigazbank" ASC iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti