...

"Azərsu" "R-Servis Ltd" ilə razılaşma imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 15:36 (UTC +04:00)

"Azərsu" Səhmdar Cəmiyyəti Hövsan layihəsi üzrə tikinti işlərinin icrası ilə bağlı qərarını verib. Bu barədə Trend SC-yə istinadən bildirir. Layihə əsas ötürücü kanalizasiya xətlərinin, Zığda yerləşən 2 saylı nasos stansiyasının və kanalizasiya sularının təmizlənməsi üzrə Hövsan qurğusunun genişləndirilməsi və yenidən qurulmasını nəzərdə tutur.

Dekabrın 7-də keçirilmiş tender əsasında razılaşma "R-Servis Ltd" şirkəti ilə imzalanıb. Qeyd edək ki, layihə Azərbaycan hökuməti və Fransanın vəsaiti hesabına maliyyələşdirilir.

Bakı şəhərinin kanalizasiya sistemi 1934-cü ildən istismardadır və yenidən qurulmaya, təzələnməyə ehtiyacı var. Baxmayaraq ki, 2002-2004-cü illərdə Bakıda 10 min metr uzunluğunda yeni kanalizasiya xətti çəkilib, vəsait çatışmazlığı səbəbindən bəzi əsas işlər həyata keçirilməmiş qalıb.

Layihənin dəyəri 43,95 mln. avro həcmində qiymətləndirilir, Azərbaycan tərəfinin payı 8,95 mln. avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti