...

AZPROMO neft xidmətləri ixracatçılarının alyansını yaratmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2006 14:13 (UTC +04:00)

Azərbaycanda İxracın və investisiyaların təşviqi fondu (AZPROMO) 2007-ci ilin birinci rübündə neft xidmətləri ixracatçılarının alyansını yaratmağı planlaşdırır. AZPROMO-nun ixracın təşviqi sahəsində marketinq üzrə meneceri Teymur Tağıyevin Trend ə verdiyi xəbərə görə, xüsusilə, böyük tələbatla əlaqədar ilkin mərhələdə Azərbaycanın neft xidmətlərinin Qazaxıstan bazarına ixrac olunması nəzərdə tutulub.

"Qazaxıstan Xəzərin digər tərəfidir və həm siyasi, həm də iqtisadi səviyyədə Azərbaycanla yaxşı münasibətlərə malikdir. Bizim ümumi fəaliyyət sahəmiz var - neft. Hazırda bizdə Azərbaycanda xarici şirkətlər tərəfindən həyata keçirilən neft layihələrinin bir hissəsi başa çatır və beləliklə də sərbəst yüksəkixtisaslı işçi qüvvəsi azad olur və biz onu Qazaxıstana ixrac edə bilərik", - deyə T.Tağıyev qeyd edib. Azərbaycanda bir sıra Azərbaycan şirkətləri var ki, onlar BP şirkətinin subpodratçıları - submüqaviləçiləridir. Onlar neft xidmətləri nin göstərilməsi üzrə biliyə və beynəlxalq sertifikatlara malikdirlər.

"Bizim məqsədimiz onları Qazaxıstan bazarına, gələcəkdə isə neft istehsalı ilə məşğul olan digər ölkələrin bazarına çıxarmaqdır. Biz hesab edirik ki, bu, çox perspektivli və maraqlı layihədir", - deyə T.Tağıyev hesab edir.

Neft xidmətləri ixracatçılarının alyansının yaradılması layihəsi yaradılma mərhələsindədir və bu yaxınlarda iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstandan qayıdıb. Orada neft xidmətlərinin ixracı ehtimalı müzakirə olunub. AZPROMO nümayəndəsinin sözlərinə görə, danışıqlarda əsas məsələlərdən biri məhz bu məsələ olub.

Xəbər lenti

Xəbər lenti