...

2007-ci il üçün Azərbaycanın dövlət müəssisələrindən ayrılacaq dividentlərin həcmi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 10:22 (UTC +04:00)

Prezident tərəfindən təsdiq olunmuş "Dövlət büdcəsi haqqında" qanunda gələn il dövlət müəssisələrindən 18 mln. manat həcmində divident alınması gözlənilir. Trend xəbər verir ki, bu məbləğin böyük bir hissəsini - 12,5 mln. manatı Azərbaycan Beynəlxalq Bankından almaq planlaşdırılır, burada 50,2 faiz səhm dövlətə məxsusdur. Digər bir dövlət bankı - "Kapital Bank"dan (100 faiz dövlət mülkiyyətidir) divident şəklində 1, 2 mln. manat, "Aqrarkredit" qeyri-bank kredit təşkilatından isə - 1 mln. manat alınması nəzərdə tutulub.

Qalan daxilolmalar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələrin payına düşür, bu müəssisələrdən divident şəklində dövlət büdcəsinə ümumilikdə 3 mln. manat köçürülməsi nəzərdə tutulub. Həmçinin "Azərlotereya" açıq səhmdar cəmiyyətindən də dövlət büdcəsinə pul ayrılması nəzərdə tutulub, bu məbləğ - 0,3 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti