...

Azərbaycanın Banklar assosiasiyası üzvlük haqlarının qaldırılması imkanını nəzərdən keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 16:35 (UTC +04:00)

Bu gün Azərbaycanın Banklar Assosiasiyasının (ABA) rəyasət heyətinin iclası olacaq.

ABA-nın icraçı direktoru Fərhad Əliyevin Trend ə verdiyi xəbərə görə, iclasda ştat cədvəlinin, assosiasiyanın və onun törəmə qurumlarının (Azərbaycan bank təhsil mərkəzi və "Banklar və biznes" jurnalı) 2007-ci il üçün xərclər və gəlirlər smetasının təsdiq olunacağı gözlənilir. Həmçinin ABA-da üzvlük haqlarının həcminin artırılması, assosiasiya üçün yeni ofisin icarəsi haqqında məsələyə baxılacaq.

Assosiasiya aparatının fəaliyyəti üçün əlverişli şəraitin yaradılması üçün hələ müvəqqəti ünvanda yerləşən ABA üçün yeni müstəqil binanın tapılması məqsədəuyğun hesab olunur. Bununla bağlı ABA üzvləri tərəfindən ideya və iradlar var və onlar rəyasət heyətində müzakirə olunacaqlar. Bundan başqa, üzvlük haqqları və ya kredit hesabına yeni binanın ödənilməsi məsələsi həll olunacaq.

Rəyasət heyəti hazırda 2 min manat təşkil edən illik üzvlük haqlarının artırılması məsələsini nəzərdən keçirəcək. Bir neçə variant mövcuddur. F.Əliyevin sözlərinə görə, variantlardan birində aktivlərə bağlanmaq və onların həcmindən asılı olaraq haqların ödənişini həyata keçirmək, digərində isə - qeydə alınmış faiz dərəcəsini tətbiq etmək və ya nizamnamə kapitalından asılı olaraq həyata keçirmək nəzərdə tutulur.

Assosiasiyanın nizamnamə layihəsi üzərində işlər tam başa çatmadığından, onu ABA rəyasət heyətinin müzakirəsinə çıxarmaq planlaşdırılmır. F.Əliyev qeyd edib ki, ABA prezidentinin iradlarını nəzərə alaraq, hələ onun üzərində işləmək planlaşdırılır. Hazırda assosiasiyanın fəaliyyəti 10 il bundan əvvəl qəbul olunmuş mövcud nizamnamə əsasında həyata keçirilir.

Bankın təkliflərini nəzərə almaqla, yeni nizamnamə layihəsini diqqətlə hazırlamaq üçün 7 bankın nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

Xəbər lenti

Xəbər lenti