...

Ukrayna Azərbaycana aviasiya layihələrini maliyyələşdirməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 19:20 (UTC +04:00)

Ukrayna Azərbaycana aviaqayırma sahəsində əməkdaşlığı davam etdirməyi təklif edib. "Biz Azərbaycan tərəfin iştirakı ilə bir sıra Ukrayna layihələri ilə AN təyyarələrinin qayırılması təkifini irəli sürürük və bu məsələni hələ müzakirə edəcəyik"- deyə Ukraynanın baş naziri Viktor Yanukoviç çərşənbə axşamı Bakıda söyləyib. Bu barədə Trend xəbər verir.

Azərbaycanda belə aviaqayırma gücünün olmamasını nəzərə alaraq, Azərbaycan belə layihələrin maliyyələşməsində iştirak edə və sonra onların gerçəkləşməsindən maddi mənfəət götürə bilər. Ukraynanın hökümət nümayəndəsi belə hesab edib.

"Bu, normal yanaşmadır, biz bu təklifi formalaşdırmışıq və məncə, maraqlı olacaq və Ukrayna Azərbaycanda xidmət mərkəzlərini yaratmağa, bölgə tipli təyyarələr tədarük etməyə hazırdır. Məsələn, uçuş məsafəsi 5 min km.-dək, orta sürəti 750 km/saat olan 80 yerlik AN -148 sonuncu təyyarələri kimi" - deyə V.Yanukoviç qeyd edib.

Xəbər lenti

Xəbər lenti