...

Nazir: "Azərbaycan tarif şurası yaşayış-kommunal xidmətləri tarif və normalarına yenidən baxacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2006 19:56 (UTC +04:00)

Azərbaycanın tarif şurası iki ay ərzində qüvvədə olan yaşayış-kommunal xidmətləri tarifi və xərc normalarını təkmilləşdirmək və onları təsdiqləmək niyyətindədir. Bu tapşırıq prezidentin "2007-ci ilin dövlət büdcəsi haqqında" qanunun icrası barədə göstərişi çərçivəsində verilib.

İqtisadi inkişaf naziri, Tarif şurasının sədri Heydər Babayevin Trend ə verdiyi xəbərə görə, katiblik kommunal xidmətlər tarifləri üzrə təkliflər hazırlayır.

Onun sözlərinə görə, sayğacın olmaması üzündən kommunal xidmətlər normasına baxmaq və iqtisadi məqsədəuyğunluq hesabıyla normalar qoymaq vacibdir. Qazın qiymətlərinin qaldırılması məsələsinə toxunaraq, H. Babayev qeyd edib ki, TŞ-nın iclasında bu məsələyə hələ ki, baxılmayıb.

"Hərçənd təklifılərin daxil olacağı təqdirdə bu məsələyə də baxılması istisna olunmur. İqtisadi İnkişaf Nazirliyinin mövqeyi budur ki, dövlət tamamilə subsidiyalaşmadan imtina etsin və elektrik enerjisindən, qaz və suyun satışından olan vergi qismindəki gəlirlər əhalinin aztəminatlı təbəqəsinə ünvanlı yardımlar qismində verilsin, onlar bines adamlarına və başqa varlı adamlar səviyyəsində subsidiya olunmasın"-deyə nazir hesab edib.

Xəbər lenti

Xəbər lenti