...

Qar Bakı metropolitenində qələbəlik yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 13:17 (UTC +04:00)

Bakıda yağan qar nəticəsində sərnişin avtobus və marşrut taksilərinin çatışmazlığı ilə əlaqədar dekabrın 28-i səhərdən başlayaraq Bakı metropoliteninə güclü sərnişin axını müşahidə olunub. Perronda və qatarlarda basabas, kassaların önündə növbələr olub. Əvvəlki günlərdə az olan jetonlar bu gün heç çatışmayıb.

Bakı metropoliteninin baş mühəndisi Qəşəm Tağıyev "Trendə bildirdib: "Bakı metropoliteni normal rejimdə işləyir, elektik təchizatında və qatarlarda heç bir prblem yaranmayıb. Son günlər hər birində beş vaqon olan iki qatar artıq xəttə qoşulub. Ümumilikdə yeraltı yollarda hər gün 48 qatar işləyir.

Vaqonların və jetonların sayının artırlması barədə metropoliten planlaşdırmır. Q.Tağıyev əlavə edib ki, yen il gecəsi metropoliten həmişəki vaxtdan bir saat artıq işləyəcək.

Xəbər lenti

Xəbər lenti