...

Naxçıvan MR-in mal mübadiləsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 15:57 (UTC +04:00)

NMR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə bildiriblər ki, 2006-cı ilin yanvar-noyabr aylarında NMR-in mal mbadiləsi 74,43 mln. dollar təşkil edib ki, bu göstərici də 2005-ci ilin analoji dövrü ilə müqayisədə 40,7% çoxdur.

Bu dövr ərzində NMR-ə 18,11 min ton müxtəlif mal aparılıb. Bunun 10,5 min tonu Türkiyənin, 623,2 tonu İranın, 6,98 min tonu digər ölkələrin payına düşüb.

Ticarət əməliyyatlarının 36,1%-i Türkiyənin, 22,2%-i Finlandiyanın, 20,3%-i İranın, 4,8%-i Almaniyanın, 4%-i İtaliyanın, 2,7%-i Rusiyanın, 2,3% -i Yaponiyanın, 1,3%-i Avstriyanın, 1,3%-i Qazaxıstanın, 1,2%-i İsveçin, 1,1%-i Çinin, 0,8%-i Ukraynanın, 0,5%-i Bolqarıstanın, 0,3%-i Koreyanın, 0,3%-i Gürcüstanın, 0,2%-i Birləşmiş Krallığın, 0,1%-i ABŞ-ın , 0,1%-i Pakistanın, bir o qədər Hindistanın, 0,3%-i Fransanın və s. payına düşüb.

Bu dövr ərzində MR-in dövlət büdcəsinə 17,27 mln. manat daxil olub ki, bu göstərici də 2005-ci ilin analoji dövrü ilə müqayisədə 2,38 mln. manat, yaxud 16% çoxdur.

Büdcə xərcləri 78,99 mln. manat (84,1% proqnozlaşdırılıb) yerinə yetirilib. NMR əhalisinin pul gəliri 325,07 mln. manat təşkil edib, bunun da nominal həcmi 2005-ci ilin göstəriciləri ilə müqayisədə 29,8% artıb.

Əhalinin adambaşına pul gəliri 28,7% artaraq 860 manat, aylıq həcmi isə 78,2 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti