...

"Maqilevliftmaş" Belarus zavodu Azərbaycanda liftlərin yığılmasını təşkil etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 17:22 (UTC +04:00)

"Maqilevlifmaş" Belarus zavodu Azərbaycanda liftlərin yığılmasını təşkil etmək niyyətindədir. Bu barədə eksklüziv olaraq Trend ə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç xəbər verib.

Onun sözlərinə görə, zavodun rəhbər heyəti liftlərin tədarükünün genişlədirilməsi üzrə situasiyanı öyrənmək üçün Azərbaycanda olub. Belarus zavodu artıq neçə ildir ki, Azərbaycana lift tədarük edir, indisə əməkdaşlığı genişləndirmək niyyətindədir, deyə səfir qeyd edib.

Bakıya səfəri çərçivəsində nümayəndə heyəti "Qafqazxoldinq" xüsusi şirkəti ilə görüşlər aparıb və əməkdaşlığın inkişafı istğiqamətində, xüsusən Azərbaycana lift tədarükü layihəsi üzrə ilk növbəli addımları müəyyənləşdiriblər. Tərəflər həmçinin, istehsal təşkilatı üzrə fəaliyyət proqramı imzalayıblar, deyə, N. Patskeviç məlumat verib.

Xəbər lenti

Xəbər lenti