...

Azərbaycanın İqtisadi İnkişaf nazirliyi Garadag Cementdən sementin qiymətinin formalaşma strukturunu gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 18:48 (UTC +04:00)

Bu həftə Azərbaycanın İqtisadi İnkişaf nazirliyi Azərbaycanda yeganə sement istehsalçısı Garadag Cementdən sementin qiymətinin formalaşma strukturunu əldə etməyi gözləyir. Trend ə eksklüziv olaraq, iqtisadi inkişaf naziri Heydər Babayevin söylədiyinə görə, elektrik enerjisinə sərf olunan xərclər, məvacib və s. xərclər də daxil olmaqla qiymətlərin təqsimini əldə etdikdən sonra sementin yeni qiymətləri formalaşdırılacaq.

"Biz Garadag Cementlə işləyirik və hələ ki, müəyyən məsələlər var. şirkət buna borclu deyil, amma əgər, bizimlə əməkdaşlıq etmək istəyirsə, qiymətlərin təqsimini verməlidir ki, bundan sonra yeni qiymətlər müəyyən olunacaq. Onu biz yox, Garadag Cement müəyyənləşdirir ki, sonra distribyutorlara aparır, distribyutor və diler marjlarını hesabatları ilə dilerlər tərəfindən satış üçün qiymətlər müəyyən olunacaq" -deyə H. Babayev qeyd edib.

Azərbaycanın sement məhsuluna tələbatı var və Garadag Cement ölkənin tələbatını 50% təmin edir. Bununla əlaqədar olaraq, nazirin fikrincə, Azərbaycana sement idxal edən bütün bazarlarla daha çox ticarət əsaslı qarşılıqlı əlaqələrə keçmək lazımdır.

"sement elə maldır ki, onu Ukraynadan, Rusiyadan, İordaniyadan. İrandan, Türkiyədən gətirmək olar. Bizim sahibkarlar özləri onun respublikaya idxalı üçün bazar axtarmalıdır. Garadag Cement öz istehsal gücünü sonsuza qədər artıra bilməz, bu güc məhduddur"-deyə nazir hesab edib.

Xəbər lenti

Xəbər lenti