...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 2007-ci ildə inflyasiya üzrə proqnozları açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 12:53 (UTC +04:00)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 2007-ci ildə 9%-dən bir qədər çox inflyasiyanın olacağını gözləyir. İqtisadi inkişaf naziri Heydər Babayevin Trend ə verdiyi məlumata görə, bu, bizim davamlı artım maraqlarımıza uyğundur.

"Neftdən daxilolmalar ən çox manatın məzənnəsinə, əhalinin gəlirinin artması isə - inflyasiyanın artmasına təsir göstərir. Lakin bəzən bu iki əyri kəsişir. Eyni zamanda yüksək inflyasiya və manatın bahalaşmasına yol verməmək üçün biz onların müxtəlif istiqamətlərə getməsi üçün çalışmalıyıq. Bu, yalnız Azərbaycan üçün təhlükəli tendensiya və qeyri-unikal vəziyyətdir. Daxilolmalarının artdığı və onları ölkə daxilində nizamlanmağın çox çətin olduğu digər neft hasil edən ölkələr də belə problemlə qarşılaşırlar", - deyə nazir qeyd edib.

H.Babayev hesab edir ki, dövlət büdcəsinin xərclərinin çox sürətlə inkişaf etməsinə baxmayaraq, Azərbaycan bazarının tutumu, digər ölkədə təsir etdiyi kimi, inflyasiya proseslərinə o qədər də təsir etmir.

"Hər halda bizdə qeyri-sabit iqtisadiyyata və siyasi vəziyyətə malik ölkələrin nəsibi olan dördayaq çapan inflyasiya yoxdur. Ona görə də bizdə belə inflyasiya ola bilməz, lakin əgər manat möhkəmlənərsə, ixracın sərfəli olmayacağı halda, biznes cəmiyyətinin marağını öldürməmək üçün çox ehtiyatlı olmaq lazımdır. Bu, ən böyük məsələdir", - deyə nazir hesab edir.

Onun sözlərinə görə, ölkədə addımlar atılır və liberallaşdırma imkanları müzakirə edilir. İnflyasiyanın müəyyən həddi var. Hökümət inzibati üsullarla indi meyvə və tərəvəzlər üzrə yarmarkaların keçirilməsi yolu ilə nə qədər təsir göstərsə də, sahibkarların əlavə gəlirlərə can atması - kifayət qədər təbii meyldir və o, sadəcə olaraq bundan istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti