...

Milli Bank: 2006-cı ildə Azərbaycan bazarına əlavə valyuta axınları 1 mlrd. ABŞ dolları təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 13:41 (UTC +04:00)

Azərbaycan Milli Bankının 2007-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında açıqlanmış bəyanatında qeyd olunub ki, 2006-cı ildə Milli Bank manatın məzənnəsinin kəskin möhkəmlənməsinin saxlanmasının məqsədilə ölkənin valyuta bazarında fəal iştirak siyasətini davam etdirib.

Trend AMB-nin bəyanatına istinadən xəbər verir ki, bu il ölkənin valyuta bazarına əlavə valyuta axınları 1 mlrd. ABŞ dolları təşkil edib, bu isə manatın məzənnəsinə təsir göstərən başlıca amildir. Xarici valyutanın təklifinin kənara çıxması nəticəsində cari ildə manatın məzənnəsi 5,1% möhkəmlənib.

Bütün valyutaların orta məzənnəsinə nisbətən manatın dəyişdiyini nəzərə alaraq, son 6 il ərzində Azərbaycanda inflyasiyanın artım templərinin tərəfdaş ölkələrdəki orta inflyasiyanı ötməsi bütövlükdə xarici bazarlarda milli məhsulun 22,8% ucuzlaşmasına səbəb olub. Məzənnənin və inflyasiyanın artım templərində fərqi nəzərə alaraq, daxili və xarici qiymətlər arasında paritet milli istehsalçıların xeyrinə dəyişib. 2006-cı ilin 9 ayı ərzində ölkənin qeyri-neft ixracı 44% artıb.

Bəyanatda qeyd olunub ki, manqatın mövqeyinin güclənməsi milli valyutaya qarşı etimadın artması üçün şərait yaradıb. Bu il iqtisadiyyatın dollarlaşma səviyyəsi aşağı düşüb. 11 ay ərzində ilin əvvəli ilə müqayisədə depozit bazasının ümumi həcmində xarici valyutada depozitlərin xüsusi çəkisi 17,3% aşağı düşüb, ümumi kredit portfelində xarici valyutada kreditlərin payı isə 7,2% azalıb.

Bəyanatda həmçinin bu il pul tələbatının artması haqqında da qeyd olunub, bu isə ölkənin sosial-iqtisadi inkişafı proqramının reallaşdırılması, o cümlədən dövlət büdcəsində sosial və investisiya xərclərinin artması ilə izah olunur. Büdcə çıxarlarının fasiləsiz kassa icrasını təmin etmək üçün AMB mütəmadi olaraq hökümətin valyuta gəlirlərini manatla ödəyib, eləcə də valyuta bazarında valyuta təkliflərinin əsas hissəsini sterilləşdirib. Bu məqsədlə AMB bu il valyuta bazarından 900 mln. ABŞ dollarından artıq büdcə vəsaitləri alıb, bu isə müdaxilənin ümumi həcminin 100%-ni təşkil edir.

Valyuta bazarına belə müdaxilə nəticəsində ilin əvvəlindən AMB-nin sərəncamında olan ölkənin valyuta ehtiyatları 2 mlrd. ABŞ dollarına çataraq iki dəfə artıb.

Xəbər lenti

Xəbər lenti