...

Sahibkarlığa Yardım Milli Fondu vasitəsilə Azərbaycanda inqridientlərin istehsal edilməsinə köməklik göstərilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 16:55 (UTC +04:00)

Azərbaycan hökuməti quşçuluq təsərrüfatları üçün qida hazırlanmasında istifadə edilən inqridientlərin istehsalının təşkilinə yardım göstərməyə hazırdır. İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə istinadən Trend bildirir ki, hazırda bu inqridientlər üçün lazım olan şeylər xaricdən gətirilir. Xarici bazarlarda inqridientlərin qiymətinin qalxması respublikada quş məhsullarının qiymətinin yüksəlməsinə səbəb olub. Bununla əlaqədar olaraq hökumət Sahibkarlara Yardım Milli Fondu vasitəsilə Azərbaycanda inqridientlərin istehsalının təşkilində və digər yardımları göstərməyə hazırdır. Nazir bildirib: "Respublikada bu istehsalın qurulması bizim maraqlarımıza cavab verir".

Xəbər lenti

Xəbər lenti