...

"Garadagh Cement" sement istehsalının artırılması imkanlarını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 16:05 (UTC +04:00)

"Garadagh Cement" şirkətində məhsul istehsalının artırılması ilə bağlı müxtəlif imkanları nəzərdən keçirmişik. İşlər İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə davam etdirilir". Trend xəbər verir ki, bunu MDB və Xəzəryanı dövlətlər üzrə "Holcim Group" şirkətinin baş meneceri Qaret Babbs səsləndirib.

Onun sözlərinə görə, gələcəkdə istehsal həcminin artırılması üçün yataq və xammalla bağlı bəzi texniki məsələlər ortaya çıxır.

Baş menecer bildirib: "Yerli bazarda istehsal həcminin artırılmasına məhz hansı yollarla nail olmaq məsələsinin həll edilməsi bizim qarşımızda vəzifə olaraq durur".

Azərbaycan iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, "Garadagh Cement" bazarının payı azalıb, lakin bu həcmin azalması ilə deyil, sadəcə bazarın genişlənməsi ilə bağlıdır. Nazir qeyd edib: "Bu problemin həll edilməsi üçün söhbət yaxın zamanlarda ekoloji cəhətdən daha təmiz və keyfiyyətli məhsul istehsal edən yeni zavodun tikintisindən gedə bilər".

Xəbər lenti

Xəbər lenti