...

Sığortaçılar assosiasiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi texniki səbəblərdən gecikir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 16:30 (UTC +04:00)

Azərbaycanın sığorta cəmiyyətlərinin yeni birliyi - Sığortaçılar assosiasiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi texniki səbəblərdən gecikir.

Yeni qurumun təsis olunması üzrə təşkilati məsələlərin həlli üçün yaradılmış təşəbbüs qrupundan cümə axşamı Trend ə verilən xəbərə görə, bu prosedur 2007-ci il yanvarın sonunadək başa çatmalı idi, lakin bunun fevralın əvvəlində baş tutacağı istisna olunmur.

Gecikmənin səbəblərindən biri Ədliyyə Nazirliyinə əlavə sənədlərin təqdim olunmasının zəruri olmasıdır. O, sığorta şirkətləri təsisçilərinin yaradılan quruma daxil olması üçün razılığını təsdiq edən sənəd tələb edib. Ölkədə fəaliyyət göstərən bütün 29 sığortaçı birliyə daxil olacaqlarından, bütün təsisçilərin məlumatlandırılması və onların razılığının alınması üçün vaxt tələb olunur. Ona görə də təşəbbüs qrupu nümayəndələrinin fikrincə, gecikmə nazirlikdən deyil, ən çox şirkətdən asılıdır.

Sığortaçılar assosiasiyasının təsis olunması üzrə konfransın fevralın əvvəlində, Ədliyyə Nazirliyində qeydiyyatdan dərhal sonra keçirilməsi planlaşdırılır. Assosiasiyanın nizamnaməsinə əsasən rəhbər orqan Müşahidə şurası olacaq və o, beş üzvdən ibarət olacaq (baş sığorta şirkəti). Şura beş il müddətinə seçiləcək. Assosiasiyanın sədri şuranın beş üzvü arasında rotasiya üzrə seçiləcək. Onların hər biri idarə etmə müddəti ərzində bu vəzifəni yerinə yetirəcək. Ardıcıllıq püşkatma əsasında müəyyən olunacaq. Müşahidə şurasına təşəbbüs qrupunda olan şirkətlərin daxil olacağı (Beynəlxalq sığorta şirkəti, "Azərsığorta", Mbask, Standard Insurance və "Atəşgah") güman edilir, çünki onlar ölkənin sığorta bazarının liderləridir.

Assosiasiyanın büdcəsi məcbüri və məqsədli ödənişlərdən formalaşacaq. O, bərabər hissəyə bölünəcək və bir hissəsi şirkətlər arasında bərabər paylanmış məcburi ödənişlər hesabına formalaşacaq. Büdcənin əlavə tədbirlərin təşkili üçün nəzərdə tutulmuş ikinci hissəsi qismən sığortaçıların istəyi ilə ödəniləcək mütəmadi və məqsədli ödənişlər hesabına formalaşacaq.

Xəbər lenti

Xəbər lenti