...

2006-cı il ərzində Azərbaycanda bank aktivləri 67,8% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 16:56 (UTC +04:00)

2007-ci il yanvarın1-i üçün bank aktivləri keçən ilin əvvəli ilə müqayisədə 67,8% artaraq 3778 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) Trend ə bildiriblər ki, bu göstərici 2006-cı il yanvarın 1-i üçün 2251,98 mln. manat təşkil edib.

Bank aktivləri strukturunda nəğd vəsaitlər 214,9 mln. manat ( 5,7%), müxbir hesablar - 727,6 mln. manat (19,3%), maliyyə sektolrunda kredit və depozitlər - 151,4 mln. manat (4%), müştərilərə verilən kreditlər - 2128,6 mln. manat (56,3%), investisiyalar - 230,8 mln. manat (6,1%) və digjər aktivlər - 324,7 mln. manat (8,6%) təşkil edib.

Hesabat dövrü üçsün bank passivləri 3778 mln. manat təşkl edib. Passivlərin strukturunda öhdəliklərin payına 3174,7 mln. manat (84%), bank kapitalının payına 603,3 mln. manat (16%) düşüb.

Xəbər lenti

Xəbər lenti